Cavanlığı və sağlamlığı qoruyan elə məhsullar var ki, çoxumuz onların hansı keyfiyyətlərə malik olduğunu bilmirik.
Zəngin kimyəvi tərkibə malik olan bu qarışıq həqiqətən cavanlığı qoruyur, bir çox xəstəliklərin inkişafının riskini azaldır. Bu qarışıq əsl cavanlıq və sağlamlıq eleksiridir.Tərkib:
- 100 qr cücərdilmiş buğda (səməni kimi hazırlanır, cücərti 2-3 mm-dən artıq olmamalıdır)
- 100 qr təbii bal
Hazırlanması:
Cücərdilmiş buğda blenderdə əzilir və balla qarışdırılır.
Hazır qarışığı soyuducuda saxlayın və hər gün səhər acqarına 1 xörək qaşığı qəbul edin. Qarışıq qurtardıqda yeni porsiya hazırlayın.