Xəstəlikdən sonra öskürək keçmirsə... SƏBƏBLƏR və ÇARƏLƏR

Xəstəlikdən sonra öskürək keçmirsə... SƏBƏBLƏR və ÇARƏLƏR backend

Əksər hallarda öskürək infeksion xəstəlik keçdikdən sonra bir müddət qalır. Bu normanın variantıdır.

Saglamolun.az xəbər verir ki, orqanizmə müəyyən vaxt tələb olunur ki, xəstəlik zamanı zədələnmiş nəfəs yolları normaya düşsün.

Lakin öskürək 2 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət edib müayinələrdən keçin. Belə uzunsürən öskürək bəzən pnevmoniya (sətəlcəm), xroniki bronxit və digər ağciyər və bronxların xəstəliklərinin, hətta xərçəngin simptomu ola bilər.

Sizdə heç bir pozulma aşkar olunmazsa, bu infeksiya sonrası öskürək sayılır və belə öskürək hətta 1.5-2 aya qədər davam edə bilər.



Nəfəs yollarını tez bərpa etmək və öskürəkdən azad olmaq üçün ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

1. Müalicəvi otlarla inhalyasiyalar. Bunun üçün evkalipt, bağayarpağı, adaçayı kimi otların dəmləməlirindən istifadə etmək olar. İnhalyasiya zamanı suya evkalipt, ağ şam ağacı, rozmarinin efir yağlarından da istifadə edə bilərsiniz.

2. Əncirli süd.

2-3 quru ənciri 1 stəkan süddə vam odda qaynadın, gün ərzində 1-2 dəfə için.

3. Turp balla.

Qara turpun ortasını oyun, içinə duru bal tökün, 1 gün ərzində saxlayın, alınan şirəni için.

4. Vibromassaj.

Xəstənin onurğa sütünunun hər iki tərəfindən 1-2 dəqiqə ərzində yüngül döyəcləyin.

5. Şar üfürmək.

Bu da çox sadə, lakin effektli vasitədir. Şar üfürmək ağciyərlərin fəaliyyətini yaxşılaşdırır.

6. Yaxşı qidalanın, açıq havada gəzin, yüngül fiziki hərəkətlər edin.
Diaspora