Sizi əsəbiləşdirən iş yoldaşınız varsa... - Yeni araşdırma

Sizi əsəbiləşdirən iş yoldaşınız varsa... - Yeni araşdırma backend

Hər kəs problemsiz, firavan bir iş mühiti və doğma iş yoldaşları istəyir.

Ancaq Hollandiyalı neyropsixoloji mütəxəssislər, sinir pozucu bir iş yoldaşının beyin sağlamlığı üçün möcüzə olduğunu bildirirlər.

Mütəxəssislərin fikrincə iş yerində sizi narahat edən və əsəbiləşdirən insanlar varsa, bundan məmnun olmalısınız.

Moderator.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər gündəlik həyatda rahatlığın insanlar üçün o qədər də yararlı bir vəziyyət olmadığını düşünür.



Elm adamları problemsiz keçirilən bir günün beyin üçün arzuolunmaz olduğunu iddia edirlər. Onların fikrincə beyin problemlərdən faydalanır. Buna görə də sinir pozucu bir iş yoldaşının böyük töhfə verdiyini iddia edirlər.

Mütəxəssislərə görə, can sıxıcı bir iş yoldaşı ilə ünsiyyətdə olmaq metabolizmanın artmasını təmin edir. Bunun nəticəsində gərginləşən sinir hüceyrələri sərtləşir və beyində daha çox təmas nöqtələri yaranır.
Diaspora