Tərkibi əsasən yerkökü və baldan ibarət olan bu reseptlə öskürəyin ən ağır formasından da xilas olmaq mümkündür.
Qaziler.az resepti təqdim edir:İnqredientlər
Yerkökü — ½ kq
Xalis bal — 3-4 xörək qaşığı
Su — 200 ml
Yerkökünü yuyun və təmizləyin, xırda hissələrə bölün. Xırdalanmış yerkökünü isti suyun içinə tökün, yumşalıncaya qədər qaynadın.
Sonra yerkökünü sudan çıxararaq blenderdə pasta halına salın.
3-4 xörək qaşığı balla kökü qaynatdığınız suyu pastaya əlavə edin.
Öskürək əleyhinə sirop hazırdır.
Onu şüşə bankada soyuducuda saxlayın.
Gün ərzində 3-4 dəfə bir xörək qaşığı qəbul edin və 2 gündə xroniki öskürəkdən xilas olun.
Bu resept uşaqlar üçün də yaxşıdır. Çünki dadlı olduğuna görə uşaqlar məmuniyyətlə qəbul edirlər.
Resepti qışda istifadə edin.