Ekspert 120-yaşadək uzun ömür sürməyin yolunu göstərdi

Ekspert 120-yaşadək uzun ömür sürməyin yolunu göstərdi backend

Hökümət yanında Ekspert şurasının üzvü Yevgeni Kuznetsov “İzvestiya” qəzeti ilə sıhbət zamanı bildirib ki, bioxakinqin köməyilə 120 yaşa qədər ömrü uzatmaq olar.

Kuznetsov qeyd edib ki, bu vaxta qədər insan ömrünün 120 yaşa qədər sürməsini təsdiq edən xeyli məlumatlar öyrənilib.

“İnsan üçün son hədd, təxminən 120 ildir. Bu həddin aşılması hələlik mübahisəlidir. Kimsə deyir ki, 150 il ola bilir.Amma, hələ ki, 120-dir”-ekspert deyib.

Ekspert əlavə edib ki, bioxakinqin əsas vəzifəsi gənclik dövrünü uzadan şəraiti yaratmaqdır. Bioxakinq - mümkün vasitələrdən istifadə etməklə həyat keyfiyyətini yaxşılaşdırmaq yanaşmasıdır, o cümlədən insanın genetik əsaslarını öyrənib, genetik xəstəliklərinin diaqnozunu müəyyənləşdirməklə tədbir görməkdir.
Diaspora