Ani ölümə bu tip insanlar meyillidir

Ani ölümə bu tip insanlar meyillidir backend

Ani ölüm müasir tibdə ən çox sual doğuran problemdir. Bəzi hallarda bu halın dəqiq səbəbini təyin etmək mümkün olmur.

Ən böyük faciə bundan ibarətdir ki, ani ölüm tez-tez cavan və sağlamlıqla bağlı heç bir ciddi problemi olmayan insanları yaxalayır və onu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Bəzi statistik məlumatlara görə, hər il 800 minə qədər insan ani ölüm keçirdir.
Uzun illər ərzində ani ölüm problemini araşdıran rus professor, tibb elmləri doktoru Şirokov ani ölümə meyilli olan insan tiplərini ayırd edib.
Sağlamolun.az-ın məlumatına görə, ani ölümünün risk faktorları bunlardır:

1. Kişi cinsi. Ani ölümün statistikası göstərir ki, bu hala kişilər daha meyillidir. Alim hətta bu kişilərin "portretini" tərtib edib - aqressiv, uduzmağı xoşlamayan, həddindən artıq çox işləyən, dincəlməyi bacarmayan, kalorili, ədviyyatlı qidaları xoşlayan kişilər. Əsəbləşəndə bu kişilərin üzü qızarmır, əksinə ağarır. Bunun səbəbi damarların kəskin sıxılmasıdır.

2. İdmançılar. Professional idman bədən tərbiyəsi ilə müqayisədə insanı sağlam etmir. Əksinə güclü gərginliklər, idmançıların istifadə etdiyi dopinq və s. xüsusi preparatlar orqanizmi məhv edir.

3. Spirtli içkilərdə süi-istifadə edənlər.

4. Psixi xəstələr. Bu xəstələr psixotrop dərman preparatlarını qəbul edir ki, onların qəbulu da ani ölüm riskini artırır.

5. İrsiyyət.
Diaspora