2001-ci il təvəllüdlü, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən Xəzər sanatoriyasında müvəqqəti məskunlaşmış məcburi köçkün Əlili Tacir Habil oğlu bir neçə ildir ki, leykoz xəstəliyindən əziyyət çəkir. 2015-ci ildən etibarən isə xəstədə Hepatit C aşkarlanıb.
Xəstənin bibisi Sevinc Məmmədova bildirib ki, leykoz xəstəliyi ilə əlaqədar Hematologiya və Transfuziologiya İnstitutunda qan köçürüldükdən bir müddət sonra Tacirdə Hepatit C aşkarlanıb. Hepatit C erkən müddətdə aşkarlandığı üçün o Türkiyədə müalicə alaraq, xəstəlikdən xilas ola bilib.Leykoz xəstəliyinə görə Azərbaycan və Türkiyədə müalicə alan Tacirin bir müddət idi ki, səhhətində vəziyyət sabitləşsə də, son günlər vəziyyəti yenidən ağırlaşıb.
S.Məmədovanın sözlərinə görə, Tacirə Türkiyədə kəskin leykoz diaqnozu qoyulub. Lakin vəsait çatışmazlığından xəstənin müalicəsi yarımçıq qalıb. Müalicə üçün 40 min AZN, ilik nəqli üçün isə 90 min AZN vəsait lazımdır.
Əlili Tacir Habil oğlunun adına Kapital Bankda hesab nömrəsi açılıb. Yardım etmək istəyənlər bu hesab nömrəsinə vəsait yatıra bilər: