AVMVİB (Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi) sədrinin I müavini Kamil Şirinovun verdiyi məlumata görə, bibisi nəvəsi 23 yaşlı Paşayeva (Tapdıqlı) Aytac Qorxmaz qızı müraciət etdiyi Xırdalan şəhər xəstəxanasının mama-genekoloqu Arzu Bədəlovanın səriştəsizliyi ucbatından həyatını itirib.
Qaziler.az Fedai.az-a istinadən bildirir ki, yenə də səhiyyədəki səriştəsizlik dörd ayın gəlini və üç aylıq hamilə bir gəncin ömrünə son qoydu. Mərhumənin yaxınları bunu cinayət sayır və günahkarların cəzalandırılmasını tələb edirlər.Aytac Paşayevanın nəşi dəfn olunmaq üçün İmişli rayonu Bəhramtəpə qəbiristanlığına aparılıb. Onun yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan rəhmətlər diləyirik.
İnanırıq ki, günahkarlar öz layiqli cəzalarını alacaqlar.