"Keyfiyyətsiz qidalar immun sistemini zəiflədir və xərçəng şişinin yaranmasına şərait yaradır”

"Keyfiyyətsiz qidalar immun sistemini zəiflədir və xərçəng şişinin yaranmasına şərait yaradır” backend

Ölkəmizdə xəstliklərin artmasında keyfiyyətsiz ərzaq məhsullarının mühüm rol oynadığı ilə fiikirlər cəmiyyətdə tez-tez səslənən iddialar sırasındadır.

Maraqlıdır, bu iddialar nə dərəcədə əsaslıdır? Doğrudanmı sürətlə artan xəstə sayı hesabına aptek-xəstəxana sisteminin “çiçəklənməsində” keyfiyyətsiz ərzaq amili mühüm rol oynayır?

Moderator.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bu iddialarda həqiqət payının kifayət qədər çox olduğunu vurğuladı:

“Ərzaq və dərman təhlükəsizliyi dünyanın hər yerində milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Təəssüflər olsun ki, ölkəmizdə bu məsələ öz həllini lazımi səviyyədə tapmayıb. Azərbaycan bazarına bu gün həm keyfiyyətsiz ərzaq, həm də keyfiyyətsiz dərmanlar yetərincə mövcuddur. Əhalinin bununla bağlı şikayətləri əsassız deyil. Bu ərzaqların içərisində geni modifikasiya edilmiş, aşağı keyfiyyətli qida məhsulları var. Konservə olunmuş qidaların tərkibində qida əlavələri var ki, onlar qidaya dad, rəng verir, onun uzun müddət konservə olunmuş vəziyyətdə qalmasına kömək edir. Bu maddələrin bəzisi Rusiyada qadağan edilib. Amma Azərbaycan bazarında bunlar işlədilir.

“Fast fud”larda istifadə edilən yağ dəflərlə qaynayır. Bəzən isə o yağ ümumiyyətlə dəyişdirilmir. Eyni yağın içərisində bir neçə dəfə müəyyən məhsullar bişirilir. Nəticədə, belə yağın tərkibində xərçəng şişi yaradan maddələr əmələ gəlir.
Əhali arasında siqaret çəkənlərin sayı artıb. Bunun özü də xəstəlikləri artıran faktordur. Keyfiyyətsiz qidalar immun sistemini də zəiflədir. Zəifləmiş immun sistemi xərçəng şişinin yaranması üçün fon təşkil edir. Həm dolayısı, həm də birbaşa yolla kanserogen məhsulların orqanizmə təsiri mövcuddur. Həm zəif immun sistemi, həm kanseroloji məhsullar bu məsələdə rol oynayır.

Azərbaycanın daxili bazarını möhkəmləndirmək, əhalini keyfiyyətli kənd təərrüfatı məhsulları ilə təmin etmək üçün bizdə hər cür şərait var. Lakin təəssüf ki, bu imkandan yetərincə istifadə olunmur”.
Diaspora