Aptekə getməyin: Soyuqdəymə və qripin qənimi - RESEPT

Aptekə getməyin: Soyuqdəymə və qripin qənimi  - RESEPT backend

İndi bahalı dərman həblərinin yeri zibil qutusudur.

Qaziler.az bildirir ki, bunu soyuqdəymə və qripə qarşı viskidən hazırlanan resepti təqdim edən “Thrillist“ yazır.

Əvvəlcədən qeyd edək ki, bu sirop yalnız böyüklər üçün nəzərdə tutulur.

RESEPT:

Sizə 60 ml viski, yarım limonun şirəsi, 100 ml su (istəyə görə) su, 1 xörək qaşığı bal lazım olacaq.

Viski, limon şirəsi və suyu fincanda qarışdırın, bu qarışığı 45 saniyə ərzində mikrodalğalı sobaya qoyun. Bu qarışığı qazanda qazda da qızdıra bilərsiniz.

Qazanı odun üstündən götürün və ora bal əlavə edin. Bütün bunları yaxşıca qarışdırın. Sonra yenidən mikrodalğalı sobaya və ya qazın üstünə qoyun, 45 saniyə gözləyin.
İçkini yatmazdan əvvəl isti halda için.

Bu məlumatı skeptik qəbul etməyin. Axı 1941-ci ildə “Time“ jurnalı viskini “insana məlum olan ən ucuz və ən yaxşı ağrıkəsi adlandırıb“.

Unutmayın: viskinin kəmiyyəti sizin sağalmanızı sürətləndirməyəcək. Ona görə də alkaqoldan hətta xeyirli məqsəd üçün olsa belə çox istifadə etməyin.

Qaziler.az
Diaspora