Leven Universiteti (Belçika) alimləri 9 il ərzində xərçəngin şəkərlə olan əlaqəni araşdırdıqdan sonra şok faktlar aşkar ediblər.
Belə ki, şəkər xərçəng hüceyrələrinin bölünməsini xeyli sürətləndirir, şişləri daha aqressiv edir. Saglamolun.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu Nature Communications jurnalında dərc olunub.Xərçəng hüceyrələri sağlam hüceyrələrlə müqayisədə şəkəri daha tez parçalayır ki, bu da şişin böyüməsini stimullaşdırır. Məsələ burasındadır ki, şəkərin parçalanması nəticəsində əmələ gələn əlavə enerji xərçəng hüceyrələrinin çoxalmasını sürətləndirir. Böyüyən şiş daha çox şəkər tələb edir ki, nəticədə qapalı dairə yaranır. Məhz bu səbəbdən elmi araşdırmalar göstərir ki, şəkərə olan tələbatın artması bəzən şiş xəstəliyin ilk simptomu kimi meydana çıxır. Mütəxəssislər bu simptoma daha diqqətli olmağa çağırır.
Saglamolun.Az