Bir-birindən güclü antioksidant təsirli iki qida - bal və heyva birlikdə yeyildikdə orqanizmdə nə baş verə bilər?
Heyvanın mövsümü gəlib, bal isə bütün mövsümlərdə dərdlərimizə çarədir. Ailem.az bu iki qidanın bir yerdə yeyildikdə orqanizmə hansı faydalar verdiyini sadalayır.- Balın və heyvanın tərkibindəki birləşmələr tıxanan damar yollarını açır, ürək-damar xəstəliklərinin qarşısını alaraq iflic riskini aradan qaldırır.
- Bal heyva ilə birlikdə istifadə edildikdə ürəkbulanma və qusmanın qarşısını alır.
- Heyva və balın antioksidant xüsusiyyəti orqanizmdə bakteriya və göbələk yaranmasını əngəlləyir.
- Tərkibində yüksək faizli lif olan heyva balla birlikdə yeyildikdə arıqlamağa yardımçı olur.
- Qan yaradan xüsusiyyətləri olan heyva və bal allergik xəstəliklərə qarşı da faydalıdır.
- Sidik qovucu xüsusiyyətlərə sahib heyva balla birləşdiyində həzm sisteminə kömək edir.