Tərkibi vitamin və minerallarla zəngin olan heyva qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunub.
Bu meyvə nə qədər dadlıdırsa, bir o qədər də sağlamlıq üçün faydalıdır. Xalq təbabətində heyvanın gülündən və qabığından da geniş istifadə olunur.
Modern.az heyvanın faydaları haqqında yazını təqdim edir.
- Heyva C vitamini ilə zəngin olduğundan orqanizmin immun sistemini gücləndirir.
- Bu meyvənin tərkibində dəmir çox olduğuna görə el arasında qanazlığı deyilən anemiya zamanı olduqca faydalıdır.
- Heyva mədə və bağırsaqları gücləndirir.
- Qaraciyərin fəaliyyətini normallaşdırır.
- Sinir sisteminə müsbət təsir göstərir.
- Heyva viruslara qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir.
- Orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsinə kömək edir.
- Bu meyvədən müntəzəm istifadə etməklə qanda “pis” xolesterinin miqdarını aşağı salmaq mümkündür.
- Heyva dərinin sağlam və gümrah qalması üçün də xeyirlidir.
- Sidikqovucu xassəyə malikdir.
- Ürək damar sistemi üçün ən faydalı müyvələrdən biridir.
- Yüksək qan təzyiqini aşağı salmaq üçün heyvadan istifadə əhəmiyyətlidir.
- İltihablar zamanı, xüsusilə tənəffüs sisteminin iltihabında heyvadan istifadə müsbət nəticə verir.
- Heyvanın şirəsindən kosmetik vasitə kimi istifadə etməklə üz dərisinin gözəl görünməsinə nail olmaq olar. Bu vasitə yağlı dərilər üçün daha effektlidir.
- Qəbzliyi olanlar heyvadan məhdudiyyətlə istifadə etməlidirlər.
Saglamolun.Az