Türkiyə alimləri xərçəngin çarəsini tapdı

Türkiyə alimləri xərçəngin çarəsini tapdı backend

Türkiyənin Afyon Kocatəpə Universitetinin bir qrup alimi xərçəng xəstəliyinin qarşısını alan və ömrü uzadan bitki tərkibli məhlul hazırlayıb.

Axar.az xəbər verir ki, Baytarlıq fakültəsinin cərrahı, professor İbrahim Dəmirkan məhlulun antep fıstığı, sumax, çörəkotu toxumu, nar qabığı və zeytun yağının qarışığından əmələ gəldiyini bildirib.

“100 siçana Ehrliç döş xərçəngi hüceyrəsi vuruldu. Hazırladığımız AK27 məhlulu bəzi siçanlara xərçəng yaradılmadan öncə, bəzilərinə xərçəng yaradan maddələrlə eyni zamanda, digərlərinə isə xərçəng yaradan maddə verildikdən sonra vuruldu. Siçanların hamısında sağalma prosesi müşahidə edildi. Bu məhluldan insanlar da istifadə edə bilər”, - Dəmirkan bildirib.
Diaspora