Narın faydaları haqqında çoxlu sayda kitablar yazılıb.
Antioksidant, vitamin, mineral, büzücü və s. faydalı maddələrlə zəngin olan nar həqiqətən şəfa mənbəyidir.Bəzi ölkələrdə bu meyvəni yuxarı hissəsində olan "taca" və unikal xüsusiyyətlərə görə "kral meyvəsi" adlandırırlar.
Nar həqiqətən bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir - ürək-damar və sinir sistemini qoruyur, immuniteti möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır, orqanizmi cavanlaşdırır, xərçəng əleyhinə təsir edir.
Narın bütün hissələri faydalıdır - dənələri, qabıqları, çəyirdəkləri.
Narın içində olan nazik ağ arakəsmələr qədim zamanlardan ishal zamanı dərman kimi istifadə olunur.
Həmçinin bu arakəsmələr sakitləşdirici vasitə kimi də tanınır. Arakəsmələri yığın, qurudun və çaya əlavə edin. Belə çay sinir sistemini sakitləşdirir, gərginliyi azaldır, yuxunu tənzimləyir.
Ağız istihabı, damaqların qanaması, stomatit zamanı arakəsmələri dəmləyin və ağız boşluğunu qarqara edin. Bu vasitə antiseptik təsir edir, sağalmanı tezləşdirir.