London Universitet koleci alimlərinin sözlərinə görə, çox işləyən insanlarda ürək çatışmazlığı, insult və demensiya riski artmış olur.
QAZİLER.AZ Saglamolun.az-a istinadən bildirir ki, alimlər həftədə 35-40 və 55 saatdan çox işləyən 2 qrup insanın sağlamlıq haqqında məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.Araşdırmada iştirak edən insanlara 10 il ərzində nəzarət edilib. Nəticədə məlum olub ki, çox işləyən insanlar səyrici aritmiyadan (ürəyin qaydasız döyülməsi) daha tez-tez əziyyət çəkirlər. Səyrici aritmiya isə insult və digər problemlərin ehtimalını artırır.
Alimlər qeyd edirlər ki, aritmiyanın 10 halından 9-u bu vaxta qədər ürək və damar problemləri olmayan insanlarda qeydə alınıb. Bu o deməkdir ki, aritmiyanın səbəbi çox güman ki, məhz işlə bağlıdır.