Zəfəran krokus gülündən əldə edilir.
Ən bahalı ədviyyat olan ətirli zəfəranın bir çox faydalı və müalicəvi xüsusiyyətləri də var:1. Zəfəran həzm prosesləri və iştahanı yaxşılaşdırır.
2. Zəfəran qaraciyərin fəaliyyətini yaxşılaşdırır, öd kisəsinin sağlamlığına müsbət təsir edir.
3. Zəfəran ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.
4. Zəfəran sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.
5. Zəfəran insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
6. Zəfəran orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin qarşısını alır.
7. Süddə dəmlənmiş zərəran (2-3 "tükcük" 1 stəkan südə) öskürək zamanı çox yaxşı müalicəvi təsir edir - bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır.
8. Zəfəran kişi gücünü (potensiya) artıran təsirli vasitə kimi tanınır.
9. Zəfəran görməni qoruyur, göz xəstəliklərinin inkişafı riskini azaldır.
10. Spazmolitik xüsusiyyətlərə malik olan zəfəran baş ağrıları, menstruasiya zamanı ağrılarını azaldır. Bunun üçün bir neçə "tükcük" qaynar suda dəmlənilir və içilir.
Saglamolun.Az