Yayda çox vaxt insanlar istidən halsız olurlar. Ən çox da kişilər yayda səhhətlərindən və halsızlıqdan şikayət edirlər.
Axşam.az xarici KİV-ə istinadən kişilər üçün sağlam orqanizmə sahib olmağın 7 üsulunu təqdim edir:1. Sağlamlığın ilk dostu idmandır. Əgər idman etməyə vaxtınız yoxdursa onda... Mütəxəssislər məsləhət görürlər ki, səhər işə gedərkən liftdən yox, pilləkəndən istifadə edin. Özüdə pilləkənləri yavaş-yavaş yox, qaça-qaça çıxıb-düşməyə çalışın.
2. Boyun ağrısını özünüz müalicə edin. İşiniz oturaqdırsa və ya gün ərzində kompüter qarşısından dura bilmirsinizsə, onda sözsüz ki, boynunuzda və belinizdə ağrılar olacaq. Qələmi dişlərinizin arasına qoyun və əlifbadakı bütün hərfləri - A-dan Z-yə kimi hamısını havada yazmağa çalışın. Yorulmasanız, özünüzün və sevgilinizin də adını «yaza bilərsiniz».
3. Xəstələnməmək üçün... Dəniz duzu alın. Ondan 1 çay qaşığı ilıq suya töküb, hər səhər qarqara edin. Bu, həm dişlərinizi möhkəm, bəyaz saxlayacaq, həm də sizi qrip və boğaz ağrısından qoruyacaq.
4. Özünüzü yorğun hiss edirsinizsə... İşdən gələndən sonra ilıq suya təmiz bal töküb, qarışdırın. Həmin su ilə alnınızı və çiyinlərinizi masaj edin. Bu, qan dövranını yaxşılaşdırırb, maddələr mübadiləsinin normal dövriyyəsinə kömək olacaq. Həm də sizi baş ağrısından xilas edəcək.
5. Həmişə enerjili olmaq üçün... Gecə yatmazdan əvvəl 11 dəqiqə qulağınızın sırğalığını masaj edin. Bu, kişilərdə impotentlik riskini 90 faiz azaldır.
6. Əsəblərinizi sakit saxlamaq üçün... İspanaq və vəzərini ət maşınından keçirib, hər gün onun suyundan 2 xörək qaşığı qəbul etsəniz dünya dağılsada vecinizə olmayacaq.
7. Yeməkdən sonra mədədə narahatçılıq varsa… Yeməkdən sonra bir dilim banan yemək mədədəki narahatçılığı aradan qaldırar.