"Bu gün dünyada hər doğulan 1000 uşağın 8-12-də anadangəlmə ürək qüsuru qeydə alınır".
Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, deputat Rəşad Mahmudov Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransında bildirib.O qeyd edib ki, ürək əməliyyatlarını genişlənməsi üçün donor bağışlamaq istəyini insanlarda formalaşdırmaq lazımdır.
"Bu da beyin ölümü baş verən insanlardan götürülə bilər. Azərbaycanda isə ürək köçürülməsi məsələsi əsas problemdən biridir. Dünyada 2009-cu ilin məlumatlarına görə 88 mindən çox insanda ürək transplatasiyası həyata keçirilib. Bu ortalama 3500 insan keçir".
Cərrah bildirib ki, ürək şişlərinin 80 faizi xoşxassəli olur ki, onların da müalicəsi fəsadsız olur.
"Bakıda ürək şişləri ilə bağlı 25-30 əməliyyatlar icra olunub. Xəstələrin hər birinin vəziyyəti yaxşıdır”.