Nazirlikdən kampaniya: pulsuz müayinə

Nazirlikdən kampaniya: pulsuz müayinə backend

İyulun 24-28-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) kampaniya keçiriləcək.


Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, 28 iyul Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı keçirilən kampaniyada iştirak edənlər pulsuz həkim-hepatoloqun konsultasiyasını ala biləcək.

Həmçinin həkim tərəfindən təyin olunan laborator müayinələrə 20% endirim tətbiq ediləcək.

Konsultasiya Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alan, Türkiyə Respublikasının Hacettəpə Universitetinin Qastroenterologiya bölümündə “Qastroenteroloq” ixtisasını alan, ABŞ-ın Klivlənd Universitetində kurs keçən, Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü olan RMDM-in həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən aparılacaq.

Səhiyyə Nazirliyi hər kəsi kampaniyada iştirak etməyə çağırır.
Diaspora