Bakıda media nümayəndələri üçün 22 iyul - Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış” adlı aksiya keçiriləcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Mərkəzin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər.
Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 09:00-dan 16:00-dək mərkəzə müraciət edə bilərlər.