Tərxun qədim zamanlardan müalicəvi ot kimi istifadə olunur.
Tərxun sakitləşdirici təsirə malikdir, stress, nevroz, yuxusuzluq zamanı yaxşı kömək edir. Bunun üçün tərxun otunun dəmləməsi istifadə olunur.Dəmləməni hazırlamaq üçün 1 x.q. xırda doğranmış ot 200 qr isti suda termosda 1 saat ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə yarım stəkan olmaqla içilir. Dəmləmənin dadını yaxşılaşdırmaq və təsirini artırmaq üçün ona bal əlavə etmək olar. Dəmləməni hər gün 1-2 həftə ərzində için. Effektini görəcəksiniz.
Saglamolun.Az