Ramazan ayında ağız və diş təmizliyi çox həssas bir məsələdir. Bir çox adam da diş fırçalamağın orucu pozub-pozmamağı məsələsində tərəddüd edir.
Qaziler.az xəbər verir ki, Ailem.az-ın bu yazısında sizi maraqlandıran bu tip suallara cavab tapa biləcəksiniz.Oruc tutarkən ağız qoxusunun qarşısını necə almaq olar?Ağız qoxusu təkcə diş çürüməsi nəticəsində yaranmır. Ən böyük səbəbi diş əti iltihabıdır. Həm də protezlər də ağız qoxusuna səbəb olur. Bundan başqa, bronxlar və mədə ilə bağlı qoxular da meydana gələ bilər. Yəni daha əvvəl yediyimiz qidalar və mədənin boş olması qoxu ehtimalını artırır. İmsak zamanı ağıza qulluq yaxşı edilmədiyi halda isə ağız qoxusu daha da artır.
Orucluykən ağız spreyləri rahat istifadə edilə bilər. Bundan başqa, qoxunun qarşısını alan qarqaraları da udmamaq şərti ilə gündə bir neçə dəfə istifadə edə bilərsiniz.
Ramazandan əvvəl də həmin şəxslər diş müayinəsinə gediblərsə, bu problemlə qarşılaşmazlar.
Oruc tutulan zaman diş çürüyə bilərmi?
Bəli. Çünki imsak və iftarda yeyilən yeməklərdən sonra ağızda balans tamamilə pozulur, turşuluq nisbəti artır. Bakteriyaların çoxalması üçün uyğun bir ortam yaranır. Yemək yeyildikdən sonra dərhal yatdığınız üçün ağızdaxili hərarət artır, belə olan halda da daha çox bakteriya yarana bilər. Bu müddətdə diqqətli olmazsanız, diş çürükləri arta bilər.
Oruc tutarkən dişlər fırçalanmalıdırmı?
Yeməkdən sonra 30 dəqiqə ərzində bakteriyalar dişdə çürümə yaratmağa başladığından imsakda dişlər mütləq fırçalanmalıdır. Gün ərzində də fırçalamaq olar. Bu, din adamları tərəfindən də hər dəfə qeyd edilir. Diş pastasını udmamaq şərtilə dişi fırçalamağa icazə var. Diş pastasını da, ağız suyunu da oruclu vaxtı rahat istifadə etmək olar.
Necə ki, duş qəbul etmək orucluğa problem yaratmır, diş fırçalamağın da heç bir mənfi cəhəti yoxdur.
Ramazanda ağıza qulluq necə edilməlidir?
İmsak və iftardan sonra dişlər xüsusi təmizlənməlidir. Bir ay boyunca dilaltı və diş əti bölgələrinin yaxşıca təmizlənməli, bir də ağız antiseptik maddəsi istifadə edilməlidir.
Ən sadə yolu isə duzlu su ilə qarqara etməkdir.