Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılmışdır.
QAZİLƏR.AZ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlamış və may ayının 15-də bitmişdir. Hesabat dövründə 5499863 nəfər müayinə edilmişdir, onlardan 2640119 nəfər kişi və 2859744 nəfər qadın əhalisinə aiddir. Bakı şəhəri üzrə 1308329 nəfər tibbi profilaktik müayinələrdən keçmişdir.
Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfər əlavə müayinələrə cəlb olunmuşdur, 68427 nəfər dispanser nəzarətə alınmışdır, 27059 nəfər hospitalizasiya olunmuşdur.
Müayinəlar zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəs xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil etmişdir.