Hil Şərqdə (xüsusilə Hindistanda və Ərəb ölkələrində) qədim zamanlardan tanınır və ədviyyat və həmçinin müalicəvi vasitə kimi geniş istifadə olunur.
Qədimdə hili "cənnət toxumu" adlandırırdılar. Hil qəhvəyə, çaya, müxtəlif ət və balıq yeməklərinə, şirniyyatlara əlavə olunur.Hər gün çaya 3-4 hil əlavə etməklə biz çox faydalı müalicəvi içki əldə etmiş oluruq.
- Hil sinir sisteminin fəaliyyətini stimullaşdırır, insanı gümrah edir, əhvalı yaxşılaşdırır.
- Hil təbii antidepressantdır.
- Baş ağrısı sizi narahat edirsə, hil əlavə olunmuş çay için. Hil baş ağrısını azaldır.
- Bu çay həzm proseslərini yaxşılaşdırır, metabolizmi sürətləndirir ki, bu da artıq kilolarla mübarizə etməyə kömək edir.
- Qadınlarda menstruasiya ağrıları zamanı hil əlavə olunmuş çay yaxşı kömək edir, ağrını və spazmı azaldır.
- Çay qan dövranını yaxşılaşdırır, ürəyin fəaliyyətinə müsbət təsir edir, nəfəs yollarını təmizləyir, xərçəngin inkişafından qoruyur.
- Qripp və soyuqdəymə zamanı hil əlavə olunmuş çay xəstənin vəziyyətini yüngülləşdirir, nəfəsalmanı asanlaşdırır.
- Hil təbii afrodiziakdır, potensiyanı və cinsi meyli artırır. Qədim zamanlarda hili "sevgi içkilərinə" əlavə edirdilər.
Yaxşı hil yaşıl rəngdə, quru və bərk olur.
Hili çaya əlavə etməzdən əvvəl toxumu əzmək lazımdır. Hilin şəfaverici gücü toxumun içində olan kiçik "tumlar"dadır.
Saglamolun.Az