Bolqar bibərinin vətəni Amerikadır. Bolqar bibərini digər ölkələrdə "şirin bibər" adlandırırlar.
Bir çox keçmiş postsovet ölkələrində isə bu tərəvəz daha çox məhz "bolqar bibəri" kimi tanınır (səbəbini nə qədər axtarsaq, tapa bilmədik).Bolqar bibərinin bir çox sortları mövcuddur, onlar bir-birindən rəng (sarıdan qəhvəyiyə kimi) və forma ilə seçilir.
Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır. Vitaminlər, minerallar, qidalı liflərlə zəngin olan bu dadlı tərəvəzdə olduqca az kalori var ki, bu səbəbdən bibər bir çox pəhrizlərə daxil edilir.
1. Bibər B qrupu vitaminlərlə zəngindir ki, bu xüsusiyyət onu sinir sistemi üçün çox faydalı edir. Stress, depressiya, nevrozlar, yuxusuzluqdan əziyyət çəkən insanların menyusunda bu tərəvəz daim olmalıdır. Həmçinin bibər yaddaşı və diqqəti yaxşılaşdırır.
2. C vitamini ilə zəngin olan bolqar bibəri immun sistemini möhkəmləndir.
3. Qırmızı bolqar bibərinin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.
4. Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.
5. Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yeyin.
6. Bibər mədə və mədəaltı vəzi üçün çox faydalı sayılır.
7. Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir - ödemləri azaldır, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
8. Tərkibində çoxlu miqdarda C və P vitaminləri və "rutin" maddəsi olan bibər qan damarlarının cavanlığını qoruyur, damarları daha möhkəm və elastik edir.
9. Bolqar bibəri şəkərli diabet xəstələri üçün çox faydalıdır.
10. Qidalı liflərlə zəngin olan bolqar bibəri bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, qanda "pis" xolesterolun səviyyəsini aşağı salır.
Bolqar bibəri çiy vəziyyətdə yemək daha yaxşıdır. Bişirilmə zamanı bibər bir çox faydalı xüsusiyyətlərini itirir.
Saglamolun.Az