QANAZLIĞInın əsas 10 simptomu

QANAZLIĞInın əsas 10 simptomu backend

Qanazlığı çox yayılmış pozulmadır.

Bu pozulmanın əsas səbəbi orqanizmdə dəmir, fol turşusu və ya B12 vitamininin çatışmazlığıdır.

Qanazlığı daha çox qadınlarda və uşaqlarda inkişaf edir. Bu çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və aradan qaldırmaq lazımdır.

Qanazlığının simptomları arasında:
- iş qabiliyyətinin kəskin azalması
- zəiflik, yorğunluq
- yuxululuq
- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi
- yaddaşın zəifləməsi
- başgicəllənməsi, bayılmalar (ağır hallarda)
- təngənəfəslik
- ürək döyünməsinin tezləşməsi
- dərinin, dırnaqların və saçların vəziyyətinin pisləşməsi - dəri solğun, dırnaqlar kövrək olur, saçlar tökülür
- qeyri-adi dadlara və iyləri (benzinin, boyanın iyi, təbaşirin, farşın dadı və s.) meyilin artması.

Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.


Saglamolun.Az
Diaspora