Artıq 1 ilə yaxındır ki, apteklərdə yaraları yumaq üçün istifadə edilən "Rivanol" tozu satılmır.
Onun əvəzinə isə ya başqa preparat təklif olunur, ya da hazır "Rivanol" məhlulu satılır.Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, hazırda satılan hazır məhlul 100 qramlıq qablardadır, qiyməti isə 5 manat 10 qəpikdir. Halbuki, toz halında olan "Rivanol”u 1 litr suya qatmaq mümkün idi. Qiyməti də indikindən dəfələrlə ucuz idi.
Apteklərdən bildirildi ki, toz halındakı "Rivanol” dərmanı tədarükçüsü olan firma tərəfindən ölkəyə gətirilmir. Ona görə də apteklərdən tapmaq mümkün deyil.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, dərman satışı ilə məşğul olan firmalar fərdi sahibkarlara məxsusdur. Bu səbəbdən hansı dərmanı gətirib-gətirməyəcəyinə də onlar özləri qərar verirlər. Yəni nazirlik bu işə qarışmır. Səhiyyə Nazirliyi yalnız dərmanların keyfiyyətini yoxlayır. Ölkəyə toz halında olan "Rivanol"un gətirilməməsinin səbəblərini öyrənmək üçün dərman firmanları ilə də əlaqə saxladıq. Lakin hər biri mövqe öyrənmək üçün başqa bir firma ilə əlaqə saxlamalı olduğumuzu deyərək cavab vernəkdən yayındılar.