Bəzən xəstəliklər zamanı xalq təbabəti kimyəvi dərmanlardan daha çox effekt verə bilər.
Məsələn, ürək-damar xəstəliklərinin müalicəsi üçün xalq təbabətində kifayət qədər çarələr var.Bir xörək qaşığı yerkökü toxumu bir stəkan suda qaynadlıb dəmə qoyulmalı, dəm çayniki qalın dəsmala bükülüb 12 saat saxlanılmalıdır. Sonra süzərək gündə 3-4 dəfə yarım stəkan içmək stenokardiyanın müalicəsi üçün ən yaxşı vasitələrdən biridir.
***
Badam şəkərlə və ya balla yeyildikdə kirəcləşmiş qan damarları genişlənir.
***
Heyva ağacının təzə yarpaqlarının və zoğlarının 20 qramını bir stəkan qaynar suda dəmləyib gündə iki dəfə içmək ürək-damar sisteminin ağrısını sakitləşdirir.
***
Üç ədəd limonu, bir xörək qaşığı ərik qurusunu ət maşınından keçirib bir xörək qaşığı şəkər və ya balla qarışdırın. Ondan hər gün yeməkdən yarım saat qabaq bir xörək qaşığı qəbul edin. Bu müalicə ürək-damar xəstəliklərini yüngülləşdirir.
***
Ürəyin tez-tez döyünməsi (taxikardiya) zamanı belə bir üsuldan istifadə etmək müsbət nəticə verir. Bir stəkan qaynar suya, iki çay qaşığı xoruzgülü otu götürülür, dəmlənir və yenidən 3 dəqiqə vam odda qaynadılır. Ağzı örtülür və isti yerə qoyulur ki, cövhəri çıxsın. Sonra onu süzüb, gündə 3 dəfə bir xörək qaşığı içirlər.
***
Əncirin təzə yarpaqlarını yığıb xırda doğramaq və ondan 20 qr götürüb bir stəkan qaynar suda dəmləyərək gündə üç dəfə yarım stəkan içmək ürəyin fəaliyyətinə müsbət təsir göstərir.
Qaziler.az