Kahı yemək üçün 7 SƏBƏB

Kahı yemək üçün 7 SƏBƏB backend

Yaz aylarında insan orqanizmi vitamin və mineral çatışmazlığından əziyyət çəkir.


Bu vəziyyətdə zəngin vitamin-mineral mənbəyi olan kahı bizə çox yaxşı kömək edə bilər.
Kahının faydaları saymaqla bitməz.
1. Kahı qan sistemi üçün çox faydalıdır, anemiya zamanı yaxşı kömək edir. Onun tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu var. Fol turşusu qanyaratma prosesləri üçün çox vacibdir.
2. Hamilə qadınlar üçün fol turşusu ən vacib vitamin sayılır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır.
3. Təbii liflərlə zəngin olan kahı bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Kahı arıqlamağa da kömək edir ki, bu səbəbdən diyetoloqlar bu yarpaq tərəvəzi pəhrizlərdə tez-tez istifadə edir.
4. Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün çox faydalıdır.
5. Kahı insanın sinir sisteminə də müsbət təsir edir, yuxunu tənzimləyir.
6. Öskürək və bronxit zamanı kahı şirəsi çox yaxşı bəlğəmgətirici təsir edir.
7. E, A, C kimi antioksidant-vitaminlərlə zəngin olan kahı orqanizmdə gedən qocalma prosesləri ləngidir.


Saglamolun.Az
Diaspora