Ürəyi və qaraciyəri möhkəmləndirir, xərçəngdən qoruyur - ŞƏFAVERİCİ QARIŞIM

Ürəyi və qaraciyəri möhkəmləndirir, xərçəngdən qoruyur - ŞƏFAVERİCİ QARIŞIM backend

Təbabət bizə sağlam olmaq üçün çoxlu şəfaverci vasitələr bəxş edib. Meyvə-tərəvəz, çərəzlər, tumlar, taxıllar əsl şəfa mənbəyidir.

Daim təbii məhsullarla qidalanan insan öz sağlamlığını qoruya və ömrünü uzada bilər.

Küncütlə balın qarışığını isə əsl şəfaverici qarışım adlandırmaq olar. Bu 2 faydalı komponent fantastik xüsusiyyətlərə malik olan təbii müalicəvi və profilaktik vasitə əmələ gətirir. Şərqdə bu vasitə ilə cinsi zəifliyi və impotensiyanı, qadın xəstəliklərini müalicə edir, qadınlarda hamilə qalmaq ehtimalını artırırdılar.

Küncütlə balın qarışığı qaraciyər üçün də olduqca faydalıdır - qaraciyəri möhkəmləndirir, qaraciyər xəstəliklərinin qarşısını alır.

Bu qarışım sümükləri və oynaqları möhkəmləndirir, sümük toxumasının azalmasına mane olur. Bu səbəbdən uşaqlar və yaşlı insanlar üçün bu qarışım xüsusilə faydalıdır.

Bu qarışım orqanizmin tonusunu artırır, əlavə güc verir, xəstəlik və ya cərrahi əməliyyatdan sonra orqanizmin bərpasını sürətləndirir.

Qarışım beynin fəaliyyətini yaxşılaşdırır, beyni cavanlaşdırır.

Küncütlə balın qarışığı ürək və damarlarımızın sağlamlığını qoruyur, aterosklerozun və bununla bağlı olan infarkt və insult riskini azaldır.

Şəfaverici qarışım xərçəng xəstəliklərinin əla profilaktikasıdır.

Küncütlə balın qarışığını hazırlamaq üçün eyni miqdarda küncüt və bal götürülür (məsələn, 1 stəkan küncüt və 1 stəkan təbii bal). Küncüt üyüdülür və balla yaxşı qarışdırılır. Qarışımı səhər və axşam 1 x.q. olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.

Hazır qarışığı sərin yerdə saxlayın. (saglamolun.az)
Diaspora