Danimarka alimləri sübut edir ki, süni vitaminlər və s. süni sintetik qida əlavələri insanı nəinki daha sağlam etmir, hətta onun ölümünü tezləşdirir.
RuNews24 xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, vitamin həblərdə olan ziyanlı sintetik komponentlər mədə xorası, vaxtında qabaq ölümün riskini artırır.Mütəxəssislər aşkar edib ki, A,C və E vitaminlərini müntəzəm olaraq qəbul edən insanlar bu vitaminləri qəbul etməyən insanlarla müqayisədə daha tez dünyasını dəyişir.
Alimlərin sözlərinə görə, insanlar üçün vitaminlərin əsas mənbəyi meyvə və tərəvəzlər olmalıdır.
Bundan əvvəl Kolorado Universiteti alimləri aşkar ediblər ki, A vitamininin çoxlu miqdarda qəbulu xərçəng xəstəliyin riskini 20% artırır. C vitamininin həddindən artıq miqdarda qəbulu isə ürək-damar sistemi xəstəliklərinin riskini 34% artırır.
Mütəxəssislər qeyd edir ki, istənilən vitaminləri yalnız həkim təyin etdikdən sonra qəbul etmək olar.
Saglamolun.Az