Çoxsaylı elmi araşdırmalar qan qruplarının müxtəlif xəstəliklərinin inkişafı riski ilə arasında sıx əlaqə aşkar edib.
Araşdırmalar göstərib ki, 1-ci qan qrupuna aid olan insanlar daha çox yaşayır və onlarda ürək-damar sistemi xəstəliklərinin riski digər qruplarla müqayisədə 23% daha azdır. Bunu Harvard tibb və səhiyyə məktəbi aşkar edib.
Digər tərəfdən alimlər qeyd edir ki, 3-cü və 4-cü qruplara aid olan insanlarda ürək-damar sistemi xəstəliklərinin riski əksinə artmış olur. Alimlər bunu bu qan qruplarının orqanizmdə iltihabın səviyyəsinə olan təsiri ilə izah edir.
Saglamolun.Az