Çindən və Fransadan olan alimlər birgə Zika virusuna qarşı vaksin hazırlayıblar. RİA Novostinin verdiyi məlumata görə, bu haqda Çinin Elmlər Akademiyası yanında Paster İnstitunun direktoru Tan Xun deyib.
Onun sözlərinə görə, ilkin tədqiqatlar mərhələsinə başlanılıb. Vaksin artıq 2019-ci ildə Afrikada istifadə üçün mümkün ola bilər.