Azərbaycanın “Online Group” startap şirkəti bu ilin sonunadək “Onlayn-aptek” modulunu “Doctormap” sisteminə inteqrə edəcək. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Bu modul apteklərin məlumat bazalarında dərmanların sadələşdirilmiş axtarışını təmin edəcək. İstifadəçi ona lazım olan preparatların qiymətlərini müqayisə edə biləcək.Bundan başqa, dərmanların ünvana çatdırılması xidməti də mövcud olacaq.