Bu məcun həm çox dadlı, həm də faydalıdır. Məcunun o qədər zəngin bir tərkibi vardır ki, saymaqla tükənməz.
Məcun imunniteti əhəmiyyətli dərəcədə artırır, istifadədən 3 gün sonra təsirini hiss etməyə başlayacaqsınız. Gözlərin görməsini yaxşılaşdırır, ürəyin ritmini və vurma gücünü qüvvətləndirir, qan azlığı, başgicəllənmə üçün faydalıdır, adamı tox tutur, kalsium çatışmazlığı üçün faydalıdır, tərkibində sellüloza çox olduğundan bağırsaqların düzənli işləməsini təmin edir. Məcun başdan-başa antioksidantdır, xərçəngin profilaktikası üçün faydalıdır.Lazım olanlar:
- Xurma – 300 qram
- Əncir – 300 qram
- Qara kişmiş – 300 qram
- Qoz – 300 qram
- Nar şirəsi – 1 stekan
- Bal – 1 stekan
Əvvəlcə nəzərinizə çatdırım ki, meyvələr quru olmalıdır, meyvələr və qoz kombaynda üyüdülür, bal ilə nar şirəsi bir-birinə qarışdırılır, sonra hamısı bir-birinə yaxşı-yaxşı qarışdırılır, şüşə balona tökülür, ağzı kip bağlanılır. Məcundan Böyüklər gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı, uşaqlar isə bir çay qaşığı yeyə bilər. Məcun soyuq yerdə saxlanılmalıdır, 20 gün müddətində yeyilib qurtarılmalıdır. Dadı xoşagələndir.
Fizulihuseynov.com
Saglamolun.Az