Bu ədviyyat antibiotiklərdən də güclüdür

Bu ədviyyat antibiotiklərdən də güclüdür backend

Müasir tibbdə ən böyük problemlərdən biri mikroblarda antibiotiklərə qarşı rezistentliyinin inkişaf etməsidir.

Bu o deməkdir ki, mikroblar artıq antibiotiklərə qarşı davamlılıq əldə edib və antibiotiklər onlara artıq əvvəlki kimi təsir etmir. Mütəxəssislərin fikrinə görə, bu çox böyük dünyəvi problemdir və bu gələcəkdə insanların mikrob infeksiyalardan kütləvi şəkildə həlak olmasına səbəb ola bilər.
Bu yaxınlarda ABŞ-da belə bir hadisə qeydə alınıb. Xəstəxanaya bakterial infeksiya ilə daxil olan qadına heç bir antibiotik təsir etməyib və qadın bu infeksiyadan həlak olub.
Bu səbəbdən hal hazırda dütün dünyada alimlər mikroblarla mübarizə üçün alternativ variantlar axtarır.
Xarici KİV-lərin məlumatına görə, Emori Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, Braziliya istiotu adlı bitki ən davamlı mikroblardan biri olan qızılı stafilokokkla uğurla mübarizə aparır. İstiotun tərkibində olan flavonoidlər stafillokokka gen səviyyəsində təsir edir.

Saglamolun.Az
Diaspora