Ən faydalı içkilərin SİYAHISI. Mütəxəssislər tövsiyə edir

Ən faydalı içkilərin SİYAHISI. Mütəxəssislər tövsiyə edir backend

Mütəxəssislər insan sağlamlığı üçün ən faydalı içkilərin siyahısını tərtib ediblər.


Xarici KİV-lərin məlumatına görə, içkilər faydalı xüsusiyyətlərə görə belə sıralanıb:
1-ci yer. Ağ çay. Xüsusi çay növüdür.
2-ci yer. Yaşıl çay.
Hər iki çay polifenol maddələrlə zəngindir ki, bu maddələr orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırır, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ağ çay polifenolların miqdarına görə çempion sayılır.
3-cü yer. Karkade çayı. Bu tünd qırmızı rəngdə olan dadlı və ətirli içki Hibiscus sabdariffa gülündən hazırlanır. Karkade antosian maddələrlə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığını qoruyur.
4-cü yer. Qəhvə. Bu içki ürək-damar sistemi üçün faydalıdır və həmçinin xərçəng xəstəliklərinin riskini azaldır.
5-ci yer. Tomat şirəsi. Bu içki görməni yaxşılaşdırır, insultdan qoruyur və bəzi xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.
6-cı yer. İtburnu dəmləməsi. C vitamini ilə olduqca zəngindir, immuniteti möhkəmləndirir, ürək və damarlar üçün faydalıdır, orqanizmdə iltihabları azaldır.
7-ci yer. Qırmızı çaxır. Ürək və damarlar üçün faydalıdır, qanda pis xolesterinin səviyyəsini aşağı salır.

Saglamolun.Az
Diaspora