Bu yarma Şərq ölkələrində çox populyardır.
Bulqur buğdadan hazırlanır və onun tərkibində buğdanın demək olan bütün faydaları saxlanılır.Bulqur vitaminlərlə zəngindir. Bulqurda sinir sistemimiz üçün olduqca vacib olan B qrupu vitaminləri xüsusilə çoxdur. Bundan əlavə bulqurda cavanlığı və gözəlliyi qoruyan E vitamini, beta-karotin, müxtəlif minerallar (fosfor, mis, sülün, dəmir, sink, kalium, kalsium və s.), yağlı turşular, qidalı liflər var.
Bütün bu gözəl xüsusiyyətlərə görə bulqur çox faydalı, diyetik və müalicəvi məhsul sayılır. Bütün dünayada diyetoloqlar və həkimlər bulqurun qidalı və müalicəvi xüsusiyyətləri yüksək qiymətləndirir və yarmanı qidalanmaya tez-tez daxil etməyi tövsiyə edirlər.
Bulqur sinir sistemi üçün çox faydalıdır - sinir sistemini möhkəmləndirir, gərginliyi, əsəbilliyi azaldır. Bu səbəbdən mütəxəssislər daim streslərə, gərginliklərə məruz qalan insanlara bulqur yeməyi tövsiyə edirlər.
Bulqur qidalı liflərlə zəngindir və bu səbəbdən bağırsaqların sağlamlığına çox müsbət təsir edir - bağırsaqları təmizləyir, bağırsaqlarda xeyirli mikrofloranın artmasına kömək edir. Qəbizlikdən əziyyət çəkirsinizsə, mütləq bulqur yeyin. Həmçinin sübut olunub ki, qidalı liflərlə zəngin olan qidalar xərçəng xəstəliklərinin riskini azaldır.
Bulqur ürək-damar sisteminə də çox müsbət təsir edir - damarları və ürək əzələsini möhkəmləndirir, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.
Bulqurun tərkibində fol turşusu, mis, dəmir var. Bu maddələr qanın tərkibini yaxşılaşdırır, anemiyanın (qanalığı) inkişafından qoruyur.
Bulqur tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. Bu isə, təbii ki, arıqlamağa kömək edir. Mütəxəssislər bulquru səhər yeməyinə daxil etməyi tövsiyə edirlər. Bulqur asan həzm olunur, həzm sistemində ağırlıq, köp və digər xoşagəlməz hisslərə səbəb olmur, insana əlavə enerji verir.
Saglamolun.Az