Sağlam ürək, sağlam beyin və təhsil demensiya riskinin azalmasına gətirib çıxarır

Sağlam ürək, sağlam beyin və təhsil demensiya riskinin azalmasına gətirib çıxarır backend

Dünya boyu yaşlı əhalinin sayı artmağa davam etdiyi üçün demensiyadan əziyyət çəkən yaşlıların da sayı artır. Bəs bu artım nə qədərdir? Tədqiqatçılar demensiyanın səbəblərini araşdırdıqları bir vaxt xəstəliyin yayılmasının azalmasına yardım edə biləcəklərini aşkar ediblər.

Mütəxəssislər ürək üçün faydalı olan fiziki aktivlik və sağlam qidalanmanın beyin üçün də faydalı olduğunu aşkar ediblər. Bu praktika ürəyin döyünməsi və qanın beyinə axınını təmin edir. Yaxşı qan axını beynin fəaliyyət göstərməsini təmin edir və demensiya riskini azaldır.

“Demensiya yaddaş və nitq kimi digər idrak funksiyalarının azalması ilə xarakterizə edilir”, deyə Miçiqan Universitetindən Dr. Kennet Langa bildirir.

Dr. Langa demensiya riskini yoxlamaq üçün 20 min yaşlı insanın iştirak etdiyi araşdırmaya başçılıq edib.

“2000 ilə 2012-ci illər ərzində yaşlılar arasında demensiyanın 11.5 faizdən 9 faizə endiyini müşahidə etmişik,” deyə o bildirir.

Langa deyir ki, buna səbəb yüksək qan təzyiqi, şəkər diabeti və piylənməyə qarşı, eləcə də ürək-damar sisteminin sağlamlığını təmin etmək və insult riskini azaltmaq üçün daha yaxşı müalicə üsullarının mövcud olmasıdır. Bundan əlavə o, təhsil səviyyələrinin artmasının da buna təsiri ola biləcəyini deyir. Bir sıra araşdırmaların nətiəcələri təhsil səviyyəsinin artmasının demensiya riskini azaltdığını göstərir. ABŞ-da da son 20 il ərzində insanların təhsil səviyyələtində artım müşahidə edilib.

“Bu onu göstərir ki, bu gün 75 yaşlı bir adamın 20 il bundan öncə 75 yaşlı bir insanla müqayisədə daha az demensiya olma riski var," Dr. Langa deyir.

Hətta dərmanlarda və ya demensiyanı azaldacaq başqa növ müdaxilələrdə irəliləyişlər olmasa belə, Langa deyir ki, bu riski azaldacaq başqa amilər var. O deyir ki, demensiyaya meylliyi azaltmaq üçün daha çox işlər görülməlidr
Diaspora