Orqan köçürmə əməliyyatları üçün yeni qaydalar müəyyənləşdi

Orqan köçürmə əməliyyatları üçün yeni qaydalar müəyyənləşdi backend

Şuranın yaradılmasında əsas məqsəd bu sahədə olan boşluqları aradan qaldırmaq və xəstələrə lazımi yardımı göstərməkdir

Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə əlaqələndirici Şura yaradılıb.

Xezerxeber.az məlumat verir ki, şüranın üzvü mir Cəlal Kazımi deyir ki, Şuranın yaradılmasında əsas məqsəd bu sahədə olan boşluqları aradan qaldırmaq və xəstələrə lazımi yardımı göstərməkdir.

Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək. Bu təkliflər əsasında artıq daha tez və peşəkar şəkildə orqan köçürülməsi mümkün olacaq.

Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən yeni yaradılan şuranın üzvləri də müəyyən edilib.

Şuranın bu sahədə fəaliyyət göstərən peşəkar həkimlərdir. Transplantologiya işinin təşkili üzrə əlaqələndirici Şura, həmçinin gələcəkdə orqan köçürmə əməliyyatlarının bölgələrdə də həyata keçirilməsi üçün yeni kadrlar hazırlanması yönündə işlər görür. Yaxın zamanlarda bu tipli əməliyyatlar bölgələrdə də həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Diaspora