Ateroskleroz ürək-damar sistemi xəstəlikləri və, o cümlədən, infarkt və insultun əsas səbəblərindən biridir.
Ateroskleroz zamanı damarlarda xolesterol (yağa oxşayan maddə) yığılır ki, damarlar daralır, elastikliyini itirir, kövrək olur. Müxtəlif xalq təbabəti vasitələrinin köməyi ilə qanda xolesterolun səviyyəsini aşağı salmaq, damarları xolesteroldan təmizləmək, damarları daha elastik və möhkəm etmək olar.Mütəxəssisləri fikrinə görə, aterosklerozun qarşısını alan ən effektli təbii vasitələr zeytun yağı və sarımsaqdır.
Sizə zeytun yağı və sarımsaq əsasında damarları təmizləyən təbii vasitənin reseptini təqdim edirik.
Tərkib:
- yarım litr keyfiyyətli zeytun yağı (Butulkanın üzərində "Extra Virgen" yazı olmalıdır. Bu ən faydalı zeytin yağı növüdür.)
- 10 diş sarımsaq (orta ölçüdə).
Hazırlanması:
1. Sarımsağı sarımsağəzənlə əzin, yağa əlavə edin.
2. Yağı 1 həftə ərzində qaranlıq yerdə saxlayın.
3. 1 həftədən sonra yağı yaxşı süzün və hər gün 1 x.q. olmaqla gündə 2 dəfə qəbul edin.
Saglamolun.Az