Kanadadakı universitetlərin birinin apardığı araşdırmanın nəticəsinə görə, bir qədəh qırmızı şərab trenajor zalında bir saat məşq etmək qədər faydalıdır.
Məsələ ondadır ki, qırmızı şərabın tərkibindəki resveratrol əmək qabiliyyətini yüksəldir, ürəyin ritmini yaxşılaşdırır, əzələləri möhkəmləndirir.Qaziler.az bildirir ki, resveratrol ürəyi möhkəmləndirməklə yanaşı qanda şəkəri tənzimləyir və yaşlanma əleyhinə effektə malikdir. Araşdırma zamanı o da müəyyən olunmuşdur ki, gündə bir qədəh qırmızı şərab içən insanlarda əqli zəifliyə və xərçəngə meyllilik azalır.