Axşam.az xarici KİV-ə istinadən alma çəyirdəklərin faydaları haqqında məlumat verir:
- Alma çəyirdəklərinin tərkibində nadir xərçəngəleyhinə təsirə malik olan B17 vitamini var. Həmçinin bu vitamin yorğunluğu azaldır.- Alma çəyirdəkləri yodla zəngindir. Bu mineral qalxanvari vəzinin fəaliyyətində əsas rol oynayır. Yod çatışmazlığı zamanı qalxanvari vəzinin fəaliyyəti pozulur.
- Alma çəyirdəkləri kaliumla zəngindir. Kalium ürək-damar sistemi üçün ən vacib olan mineraldır.
- Alma çəyirdəyində fol turşusu var. Fol turşusu qanın tərkibini yaxşılaşdırır.
- Alma çəyirdəkləri dərinin vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən alma çəyirdəyi ekstraktı tez-tez cavanlaşdırıcı maskaların tərkibinə daxil edilir.
Qeyd edək ki, gün ərzində 5-6 alma çəyirdəyi yemək olar. Bundan çox olmaz. Çünki onların tərkibinə sianid turşusu daxildir. Sianid turşusu güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər.