Həkim xəstənin boynundan çəkiclə vurur. Çindəki bu hadisə təəccübə, eyni zamanda səs-küyə səbəb olub.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, kənardan baxdıqda həkimin pasientə işgəncə verdiyi təəssüratı yaranır. Lakin o, bu yolla beyin infarktı keçirən xəstəni əslində müalicə edir. Boyundakı müəyyən nöqtələri çəkiclə vuran həkim, bu üsulun xeyli effektiv olduğunu iddia edir.Elə xəstələr də həkimin dediklərini təsdiqləyirlər. Müalicə əsnasında ağrılar keçirdiklərini desələr də, müalicədən sonra özlərini xeyli yaxşı hiss etdiklərini etiraf edirlər.