Siqaret çəkmək ağciyər xərçənginin əsas səbəbidir.
Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərib ki, ağciyər xərçənginə tutulan və bu xəstəlikdən vəfat edən insanların təxminən 90 % siqaret çəkirdi.The Daily Mail xəbər verir ki, Amerika alimlərinin son araşdırmaları sübut edib ki, hal hazırda və ya əvvəl siqaret çəkən insanlarda ibuprofenin müntəzəm qəbulu ağciyər xərçəngindən ölüm riskini 48% qədər azaldır.
Alimlər bunun səbəbini hələ təyin etməyiblər.
Təbii ki, ibuprofeni həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. Bu preparatın müxtəlif əks-göstərişləri və yanaşı təsirləri var.
Saglamolun.Az