Öd kisəsinin sağlamlığını qorumaq istəyirsinizsə...

Öd kisəsinin sağlamlığını qorumaq istəyirsinizsə... backend

Öd kisəsi xəstəlikləri və xüsusilə də öd daşı xəstəliyi ən yayılmış xəstəliklərdən biridir.

Öd kisəsinin sağlamlığını qorumaq üçün ilk növbədə burada durğunluq proseslərinin qarşısını almaq lazımdır.
Bunun üçün insan gün ərzində 4-5 dəfə az miqdarda qida qəbul etməlidir. Qida qəbulları arasında uzun fasilələr öd kisəsində durğunluğa və iltihaba səbəb olur. Bu isə öd kisəsinin fəaliyyətinin pozulmasına, öd daşlarının əmələ gəlməsinə gətirib çıxardır.
Düzgün qidalanmadan əlavə bəzi xalq təbabəti vasitələri öd kisəsində durğunluq proseslərinin qarşısını almağa yaxşı kömək edir.
Rus naturopatı Evgeniy Kurixinin öd kisəsi üçün çox faydalı dəmləmənin reseptini təqdim edirik:
- 2 x.q. itburnu (dəmləndikdən əvvəl əzin), 1 ç.q. quru nanə, 1 çimdik sarıkök termosda isti suda 1 saat ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və sonra gün ərzində adi çay kimi içilir. Dadını yaxşılaşdırmaq üçün dəmləməyə bal əlavə etmək olar. Dəmləməni qida qəbulundan əvvəl içmək lazımdır.
Müalicə kursu - 1 həftə.
Nəzərə almaq lazımdır ki, öd daşı xəstəliyi zamanı bu dəmləmədən istifadə etmək olmaz.

Saglamolun.Az
Diaspora