Uzun müddət ərzində yuxu ilə problemləri olan insanlarda immun sistemi zəifləyir, depressiyanın və bir çox xəstəliklərin riski artır.
Lakin əvvəllər belə hesab olunurdu ki, 1-2 yuxusuz gecə insan sağlamlığına ciddi ziyan vurmur. Son araşdırma göstərib ki, bu belə deyil. Hətta 1-2 yuxusuz gecə insan sağlamlığına zərər yetirə bilər.MedicalDaily xəbər verir ki, Almaniyanın Bonn Universitetində maraqlı eksperiment aparılıb. Gün ərzində 3 saat yatan 20 insan bir neçə analiz və müayinələrdən keçib.
Nəticədə məlum olub ki, hətta 1 yuxusuz gecə təzyiqin, nəbzin və həmçinin qanda stress hormonlarının artmasına səbəb olub.
Bunlar sübut edir ki, normal gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir.
Alimlər gecə 6-8 saat yatmağı tövsiyə edirlər.
Saglamolun.Az