Xəstə olan otaqda dəfnə yarpağı qaynadın... - XALQ TƏBABƏTİ

Xəstə olan otaqda dəfnə yarpağı qaynadın... - XALQ TƏBABƏTİ backend

Dəfnə yarpağının yalnız müalicəvi deyil, digər xüsusiyyətləri də var.

1.Əgər ağızdan gələn xoşagəlməz iy və ya bu nahiyədə gedən soyuqdəymə prosesi (stomatit, qinqivit damaqdakı soyuqdəymə) sizi narahat edirsə gündə bir neçə dəfə dəfnə yarpağı çeynəyin. Bundan sonra bir neçə saat ərzində yemək və içmək olmaz.
Pis yatan uşaqların yastığının altına bir-neçə dənə dəfnə yarpağı qoyun. Bu, valeriandan az effektə malik deyil.

2. Dəfnə yarpaqları xəstə olan otaqda dezinfeksiyaediçi vasitə kimi istifadə olunur. Bununçün bir neçə dəfnə yarpağı qaynatmaq lazımdır. Sonra 15 dəqiqə soyumağını gözləmək, daha sonra bir boşqaba süzülməlidir. Otaq onun rahiyəsi ilə dolur və xəstəlik törədən bakteriyalardan təmizlənir.

3. Dəfnə yarpağından olan cıvhər daxilə qəbul edilir: 10 orta ölçüdə dəfnə yarpağı götürülür, üzərinə 3 stəkan isti su tökülür. 3 saat ərzində saxlanır, gün ərzində yarım stəkan olmaqla üç dəfə içilir. Bu vasitə şəkəri salır, vərəm zamanı antibakterial və immuniteti stimullaşdırır.

4. Dəfnə yağı: yarım xörək qaşığı xırdalanmış dəfnə yarpağı götürülür, üzərinə bir stəkan təmizlənmiş bitki yağı əlavə edilir, qaranlıq, soyuq yerə ( soyuducuya olmaz) qoyulur, bir həftə saxlanılır, süzülür və dəri xəstəliklərinin soyuqdəymədən müalicəsində daxilə qəbul olunur.

5. 30 dəfnə yarpağı bir stəkan isti suda dəmlənir, üç saat saxlanır, bundan sonra ayaqları qoymaq üçün bir tasın içinə isti su tökülür. Dəfnə yarpağından olan dəmləmə də bura əlavə edilir (10 dəqiqə saxlanır). Bu, ayaqda tərləmə çox olanda, ayaqdan pis iy gələndə, göbələk yarananda istifadə olunur.

Qaziler.az
Diaspora