Quru və yaş əncirin - FAYDALARI

Quru və yaş əncirin - FAYDALARI backend

Əncir tərkibindəki maddələr sayəsində sağlamlığı qorumaqla yanaşı, həm də çəkiyə nəzarət edən bir meyvədir.

ATV.az həm yaş, həm də quru əncirin faydalarını təqdim edir:

- Vitamin, mineral və antioksidan baxımdan sağlamlığı qoruyur.

- Kalsium, dəmir və sink baxımından zəngindir.

- Potasium baxımından zəngin olub, qan təzyiqini nəzarətdə saxlayır.

- Pəhriz zamanı əncir çoxlu miqdarda yeyilərsə, enerji qazanılmasını təmin edir, çəkini nəzarətdə saxlayar.

- Yüksək lifi meyvə olduğundan menopauza dövrü yaşayan xanımlarda döş xərçənginə yoluxma riskini 34 faiz azaldır. Alma, xurma, armud və ərik də yüksək lifli meyvələrdir.

- Əncir eyni zamanda qəbizliyində qarşısını alır. Hər səhər ac qarına 2-3 ədəd əncir yeyib, üzərindən 1-2 stəkan su için. Bağırsaqlarınız daha yaxşı çalışacaq və qəbizlikdən xilas olacaqsınız.

- Ürəyiniz şirniyyat istəsə, əncir yeməklə bu ehtiyacınızı ödəyə bilərsiniz. Salatlarda quru əncir istifadə edilməsi yetərli lif qəbul etməmizə və bağırsaqlarımızın daha yaxşı işləməsinə kömək edəcək.

- Həddən çox əncir yeyilməsi çəki artımına səbəb ola bilər.
Diaspora